Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir Ənvər Məmmədov/

İyulun 7-dən Bakı Fond Birjasında (BFB) "Bank of Baku" ASC-nin 52,87 milyon manat dəyərində sənədsiz, adlı, adi səhmlərinin satışı başlayacaq.

Trend-in BFB-yə istinadən verdiyi məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 15,55 manat olan səhm buraxılıb.

Bankın səhmləri BFB-nin alternativ bazar seqmentində listinqə daxil edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az