Bakı, 7 iyul, Samirə Quliyeva, AZƏRTAC
"Bank of Baku"da 10 min AZN-dək nağd kreditə komissiya 1 faiz oldu.
Artıq müştərilər "Bank of Baku"da 10 min AZN-dək nağd krediti 1 faiz komissiya ilə rəsmiləşdirə bilərlər.
Bankdan AZƏRTAC-a bildiriblər ki, illik faiz dərəcəsi "Bank of Baku" ilə iş tarixçəsindən asılı olaraq dəyişəcək. Krediti rəsmiləşdirmək üçün şəxsiyyət vəsiqəsi, elektron və ya iş yerindən arayışı təqdim etmək kifayətdir.