Bakı, 7 iyul, AZƏRTAC
Bakı Fond Birjası (BFB) Listinq Komitəsinin qərarı ilə "Giləzi-Yem", "Goranboy-Ət", "Sənayeventilyasiya", "Nicat-Aptek 532" açıq səhmdar cəmiyyətlərinin sənədsiz, adi, adlı səhmləri BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, "Giləzi-Yem" ASC-nin ticarətə buraxılan qiymətli kağızların sayı 64 ədəd, qiymətli kağızın ilkin ticarət qiyməti 2.00 AZN, "Goranboy-Ət" ASC-nin ticarətə buraxılan qiymətli kağızların sayı 220 ədəd, qiymətli kağızın ilkin ticarət qiyməti 0.50 AZN, "Sənayeventilyasiya" ASC-nin ticarətə buraxılan qiymətli kağızların sayı 37 ədəd, qiymətli kağızın ilkin ticarət qiyməti 2.00 AZN, "Nicat-Aptek 532" ASC-nin ticarətə buraxılan qiymətli kağızların sayı 112 ədəd, qiymətli kağızın ilkin ticarət qiyməti 2.00 AZN-dir. Ticarətə bu gündən başlanılıb.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.