Sumqayıt, 8 iyul, AZƏRTAC
“Sumqayıt” futbol klubunun rəhbərliyi və futbolçu heyəti Kimyaçılar qəsəbəsində yerləşən yataqxana və gecəqondularda yaşayan sakinlərin uşaqları ilə görüşüblər.
“Sumqayıt” FK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı “kimyaçılar icması” üçün inşa olunmuş süni örtüklü meydançada qəsəbənin yeniyetmə futbolçularına toplar hədiyyə olunub.
Sonda xatirə şəkli çəkdirilib.
Sumqayıt” futbol klubunun üzvləri uşaqlarla görüşüblər