Ötən gün ATV kanalında 47 yaşını qeyd edən əməkdar artist Elza Seyidcahan gözəl anlar yaşayıb.
Milli.Az xəbər verir ki, bu barədə musavat.com-a danışan müğənni-bəstəkar bildirib ki, doğum gününü yaxınları ilə qeyd etmək istəsə də münsiflər heyətinin üzvü kimi iştirak etdityi ATV kanalında yayımlanan "Azərbaycanın səsi" yarışmasından sonra kanalın əməkdaşları onu sürprizlə qarşılayıb:
"Həmin vaxt sevimli həmkarım Nüşabə Ələsgərli də şou proqramlarının birində iştirak edirdi. Elə oradaca doğum günümü qeyd etdik. ATV kanalına pərəstişkarlarım tərəfindən gözəl tort da göndərilmişdi. Beləcə çox gözəl əyləndik və maraqlı anlar yaşadıq".
Elza Seydcahan həmin gün aldığı dəyərli hədiyyədən də danşıb:
"Bu hədiyyə modelyer Leyla Əhmədova tərəfindən məhz mənim üçün tikilən geyim idi. Paltar tovuzquşunu xatırladır. Məni təbrik edən hər kəsə öz minnətdarlığımı bildirirəm".
Xatırladaq ki, əməkdar artist Elza Seyidcahan 1968-ci ildə Siyəzəndə anadan olub. Müğənni bir dəfə ailə qurub və ayrılıb. Qızı ilə yanaşı Əkbər adlı bir oğlu da var.
Müğənninin doğum günündən maraqlı kadrları təqdim edirik:
Milli.Az






