Əməkdar artist Mətanət İsgəndərliyə həmkarı Nüşabə Ələsgərli yeni titul verib.
Axşam.az-ın məlumatına görə, müğənni "ATV Maqazin"ə açıqlamasında şou-biznesin mələyi olduğunu bildirib:
"Rəhmətlik nənəmin adı Mələk idi. Qardaşımın övladına o adı qoymuşuq. Bu ismi o qədər sevirəm ki... Mənə Nüşabə Ələsgərli mələk deyir. Bir dəfə məclisdə dedi ki, "Mətanət, sən mələksən". Məni belə gördüyü üçün sağ olsun. Mələk adını təxəllüs götürməyi düşünürəm: Mətanət Mələk".
Milli.Az