ANS PRESS-in məlumatına görə, o, fotoqrafla mübahisə zamanı telekameraların obyektivlərinə tuş gəlib.
94 yaşlı Edinburq hertsoqu Britaniya uğrunda döyüşün 75 illiyinə həsr edilmiş tədbir zamanı əsəblərini cilovlaya bilməyib. "Sadəcə olaraq bu lənətə gəlmiş şəkilli çək", —deyərək Filip fotoqrafa kobud formada müraciət edib.

Filipin "bu lənətə gəlmiş şəkilli çək" dediyi an

Marşal Endryu Palfrod Edinburq və Kembric şahzadələrini salamlayır.
Bu kraliça II Yelizavetanın həyat yoldaşının qeyri-adi davranış və sözlərinə görə mətbuatın diqqət mərkəzinə düşdüyü ilk hadisə deyil. Məsələn, Çin səfəri zamanı Britaniya tələbələri ilə görüşərkən o bəyan edib ki, onların bu ölkədə uzun müddət qalması nəticəsində onların gözləri çinlilərin gözlərinə bənzəyəcək. Avstraliya aborigenlərinə isə Filip "siz hələ də bir-birinizi nizə ilə öldürürsünüz" sualı ilə müraciət edib.