Əməkdar artist Məhəbbət Kazımovun yeni albomu işıq üzü görəcək.

Bu barədə Publika.az-a mərhum müğənninin oğlu Rəşid Kazımov məlumat verib:

"Atamın xatirəsini əbədiləşdirmək üçün bir neçə tədbirin keçirilməsini planlaşdırırıq. Onun mahnılarından ibarət diskin çıxarılması da nəzərdə tutulub. Fikirləşirik ki, vəfatının ikinci ildönümünə qədər albom hazır olacaq. Atam dəfələrlə Rusiyada solo-konsert proqramları ilə çıxış edib. Müxtəlif illərdə oxuduğu mahnılardan ibarət albom həm Azərbaycanda, həm də Rusiyada təqdim olunacaq".