AMEA-nın Aqrar Elmlər Bölməsinin növbəti iclasında bir sıra məsələlər müzakirə edilib

14:43 23 Yanvar 2015
176 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində akademiyanın Aqrar Elmlər Bölməsinin (AEB) növbəti iclası keçirilib.
AMEA-dan AzərTAc-a bildirilib ki, AEB-nin akademik-katibi, akademik Qərib Məmmədov gündəlikdə duran məsələlər barədə məlumat verib.
Sonra AMEA-nın müxbir üzvü Zeynal Əkpərov “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanunu əsasında tərtib olunmuş “2015-2024-cü illərdə mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinə dair Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb. Dövlət Proqramının müvafiq formada Nazirlər Kabinetinə təqdim edilməsi ilə bağlı rəyasət heyəti qarşısında vəsatət qaldırılıb.
İclasda, həmçinin 2014-cü ildə bölmənin institutlarında fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmuş namizədlərin mövzuları təsdiq edilib, bir sıra kadr məsələlərinə baxılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR