[ 14 İyul 2015 12:27 ]



Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilib.

Bürodan “APA-Economics”ə verilən məlumata görə, İSB tərəfindən 29 iyul 2014-cü il tarixdə saat 01:00 radələrində Kürdəmir rayonu, Babək küçəsində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar Azərbaycanın vətəndaşına 5 000 manat məbləğində kompensasiya ödənişi verilib.