Bilik Fondu ərzaq təhlükəsizliyi ilə bağlı videomühazirə təşkil edib

Bilik Fondu ərzaq təhlükəsizliyi ilə bağlı videomühazirə təşkil edib
15:57 23 Yanvar 2015
148 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 15:52 ]


Bakı. Cavid Zeynallı - APA. Prezident yanında Bilik Fondunun və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə AMEA İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayevanın respublikanın altı rayonunu əhatə edən videomühazirəsi keçirilib.

 

Fondun İnformasiya Təminatı sektorundan APA-ya verilən məlumata görə, “Qida məhsullarının təhlükəsizliyi sağlam həyatın təminatıdır” mövzusunda olan mühazirədə İnsan Hüquqları İnstitutunun əməkdaşları Aida Bəndəliyeva, İsmət Əhmədov, Sumqayıt, Lənkəran, Şəki, Şamaxı, Mingəçevir və Bərdə rayonlarından olan ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Qidalanmada genetik modifikasiya olunmuş məhsullardan istifadənin aktual mövzu olduğunu qeyd edən A.Mustafayeva sağlam həyat tərzinin vacib və fundamental əsası olan sağlam qidalanmadan, ərzaq məhsullarının təhlükəsizliyinə qoyulan tələblərdən bəhs edib. Onun sözlərinə görə, genetik modifikasiya olunmuş orqanizmlərin yetişdirilməsi və qidalanmada istifadə edilməsi bir çox risklərlə müşayiət olunur. O qeyd edib ki, genetik modifikasiya olunmuş bütün orqanizmlərin dükanlara və istehlakçılara çatdırılmazdan öncə elmi-tədqiqat müəssisələrində yoxlanılması vacibdir.

 

Mühazirəyə qatılan rayon sakinləri onları maraqlandıran sualları onlayn formada ekspertlərə ünvanlayıblar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR