Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün magistratura və rezidentura səviyyələrinə keçiriləcək imtahanların və tədbirlərin, eləcə də bakalavr səviyyəsi üçün sınaq imtahanlarının plan-qrafikini açıqlayıb.
APA-nın xəbərinə görə, imtahanların plan-qrafiki http://tqdk.gov.az/news/events/1016/ saytında yerləşdirilib.
Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları təsdiq edildikdən sonra bu təhsil müəssisələrinə keçiriləcək imtahanların və tədbirlərin plan-qrafiki elan ediləcək.