Xəzər TV xalqdan üzr istədi: aparıcı və rejissor cəzalandırıldı - AÇIQLAMA

Xəzər TV  xalqdan üzr istədi: aparıcı və rejissor cəzalandırıldı - AÇIQLAMA
17:29 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Xəzər televiziyası “Hər şey daxil” adlı verilişin canlı efirində Azərbaycan manatını cıran müğənni Sevinc-Sevil bacıları hərəkətləri ilə bağlı məlumat yayıb. Lent.az-ın məlumatına görə, televiziyanın xəbərində deyilir ki, aparıcı ifa etdiyi “Borc ver” mahnısının təsirində qalaraq ifasını səhnələşdirmək istəmiş və bu zaman qeri-ixtiyari olaraq milli valyutamız olan manatı cırıb. Məsələ ilə bağlı Xəzər televiziyası rəhbərliyi dərhal toplantı keçirib və bu addım qətiyyətlə pislənilib, aparıcı Səfərova Sevinc,  rejissor Məmmədova Sevinc cəzalandırıb.

Baş vermiş hadisəyə görə Xəzər TV Azərbaycan xalqından üzr istəyib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR