[ 15 İyul 2015 17:19 ]



Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Ramil Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə R. Aslanov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R. Aslanov Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilir. O, Bakıya qayıdan zaman hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.