Bakı, 15 iyul, Samirə Quliyeva, AZƏRTAC
"Bank of Baku" Ramazan bayramında vətəndaşların nağd pula gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə 2 gün "Komissiyasız kredit" kampaniyası keçirir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, kampaniyanın şərtlərinə əsasən, iyulun 16-sı (tam gün) və 18-i (filiallar saat 14.00-dək işləyir) "Bank of Baku"nun bütün filiallarında komissiyasız nağd kredit rəsmiləşdirmək mümkün olacaq. Kreditin maksimal məbləği 10000 AZN, müddəti 24 aya qədərdir. Hazırda Bankda nağd kreditlər üzrə faiz dərəcəsi 23-29 faiz arasındadır.
Krediti rəsmiləşdirmək üçün şəxsiyyət vəsiqəsi, elektron arayış və ya iş yerindən arayışı təqdim etmək kifayətdir.