Bakı, 15 iyul, AZƏRTAC
İnsanın yerişini öyrənən Yaponiya alimləri insanın yaşını onun yerişinə baxıb müəyyən edirlər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Osaki Universitetinin bir qrup alimi insanın yaşını o yeriyən zaman hərəkətlərinə baxıb müəyyən etdikləri barədə məlumat verib. Bunun üçün mütəxəssislər sadə tədqiqatlar aparıblar. Tədqiqatlarda müxtəlif yaşlı 4 min yaponiyalı iştirak edib. Alimlər könüllülərdən altı metr məsafə getməyi və geri dönməyi xahiş ediblər. Onları videokamera ilə çəkir, mütəxəssislərlə təhlil ediblər. Alimlər müxtəlif yaşlı insanların yeriş bazasını yaradıblar. Həmin bazaya addımın ölçüləri, yeriş zamanı əl-qol hərəkətləri, əzələlərin gərginliyi və bir çox başqa məlumatlar daxil edilib. Alimlər baza məlumatlarını təhlil edərək, yerişinə görə insanın yaşını müəyyən etməyi öyrəniblər.
Tədqiqatçıların məlumatına görə, 40-50 yaşlı insanlardan fərqli olaraq 20-30 yaşlılar yeriyərkən əl-qol hərəkətlərindən daha az istifadə edirlər. Bu o deməkdir ki, yaşlı adamlar yeriməyə çətinlik çəkdiyi üçün əllərindən istifadə edirlər. Alimlər diqqət yetiriblər ki, yaşlı insanların qaməti dəyişir və onlar belini əyirlər. Tədqiqatçılar cavan görünmək üçün idmana daha çox vaxt ayırmağı məsləhət görürlər.