Bakı, 16 iyul, AZƏRTAC
AZAL futbol komandasi növbəti yoldaşlıq oyunu keçirib.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi 19 yaşa qədər futbolçulardan ibarət Azərbaycan millisi ilə qarşılaşıb. “AZAL Arena”da keçirilən görüşdə Tərlan Əhmədovun komandası 3:2 hesabı ilə qalib gəlib. Komandanın heyətində Elmin Çobanov, Ruslan Nəsirli və Rüfət Musayev fərqləniblər.
AZAL bundan əvvəlki yoxlama matçında “Sumqayıt” ilə heç-heçə etmişdi - 2:2.