Dünya premyalarındakı xarici filmlər Azərbaycan kinoteatrlarında yeni formada təqdim oluna bilər

Dünya premyalarındakı xarici filmlər Azərbaycan kinoteatrlarında yeni formada təqdim oluna bilər
15:03 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev dünya premyalarında nümayiş olunan xarici filmlərin ölkədəki kinoteatrlarda yeni formada təqdim olunmasını təklif edir.

Trend-in məlumatına görə, Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında deyib ki, kinoteatrlarda bəzi filmlərin dublaj olunmadan verilməsi onu da naharat edir.

Nazir qeyd edib ki, Azərbacanda kinoteatrlarda nümayiş olunan filmlər ya Azərbaycan dilinə dublyaj olunaraq, ya da subtitrlərlə göstərilməlidir.

Bu təcrübənin dünyanın müxtəlif ölkələrində özünü doğrultduğunu deyən Ә.Qarayev əlavə edib ki, bütün kinoteatrlara məktub göndərilərək yalnız dövlət reyestrinə daxil edilən filmərin nümayiş olunmasına icazə verilib:

"Bu gün bütün filmlər reyestrdən keçirilir. Amma burada başqa bir məsələ var və mən çətinliyi bunda görürəm. Biz bunun həll olunma mexanizmini araşdırırıq. Bir filmin dünya premyerası olanda o, bir gündə çox ölkələrdə eyni vaxtda göstərilir. Biz belə filmləri qabaqcadan reyestrdən keçirə bilmirik. O filmi alanların imkanı çatmır ki, onu dublyaj etsin. Ona görə filmi aldığı kimi nümayişə buraxır. Bu da "Dövlət dili haqqında" qanunla ziddiyyət təşkil edir. Ona görə biz indi qanunvericilikdə nəzərdə tutmalıyıq ki, bütün filmlər heç olmasa, titr vasitəsilə tərcümə olunandan sonra nümayiş edilsin".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR