[ 19 İyul 2015 23:20 ]
Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri intihar etmək istəyən şəxsi xilas ediblər.
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonunda bir nəfər intihara cəhd etdiyi barədə məlumat daxil olub.
Dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində həmin şəxs fikrindən daşındırılıb.