Bakı, 23 iyul, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Binəqədi rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihələrdə ixtisaslaşdırılmış “yaşıl market”in, ət kəsimi, plastik qapı-pəncərə, üzlük daş, corab və şirniyyat məhsullarının istehsalı müəssisələrinin, istixana təsərrüfatlarının yaradılması nəzərdə tutulur.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.