Monako Knyazlığının iş adamları üçün nəzərdə tutulmuş beynəlxalq biznes jurnalı iyul sayında Trend-in knyaz II Alberlə 12-28 iyunda Bakıda keçirilən Birinci Avropa Oyunlarına həsr edilmiş müsahibəsini dərc edib.
II Alber Trend-ə bildirib ki, mərasim Azərbaycan mədəniyyəti və ruhunu nümayiş etdirdi: "Biz gözəl şou gözləyirdik, lakin mərasim bütün gözləntiləri üstələdi".
Knyazın sözlərinə görə, mərasim hamını birləşdirdi.
Avropanın Oyunları siyasiləşdirməyə cəhd etməsi məsələsini şərh edən II Alber əlavə edib ki, dünya mətbuatı diqqəti yanlış istiqamətə yönəltmək və dünyada mövcud olan ciddi problemləri unudaraq işləyir: "Bu ədalətsiz davranışdır. Əminəm ki, Azərbaycan ölkədə vəziyyətin reallıqda tamamilə başqa cür olduğunu sübut edə bilər. Bakı gözəl şəhərdir, burada çox gözəl İçərişəhər, xeyli sayda möhtəşəm qurğular və binalar var. Bakı, həmçinin keçmişi və gələcəyi ilə heyrətləndirən müasir şəhərdir".
Milli.Az

