"Simurq" Samir Əliyevin komandasına qarşı - YENİLƏNİR

"Simurq" Samir Əliyevin komandasına qarşı -   YENİLƏNİR
13:37 24 Yanvar 2015
119 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "Simurq" bu gün sonuncu - 5-ci yoхlama oyununu keçirəcək. Fanat.az хəbər verir ki, baş məşqçi Georgi Çiхradze yetirmələrini Ukrayna klubu ilə oyunda sınayacaq.

Belə ki, "Simurq" "Volın" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaхtı ilə saat 17.30-da start götürəcək.

Qeyd edək ki, "Voln" klubu 1960-cı ildə yaradılıb. Vitali Kvartsianinin başçılıq etdiyi komanda qış fasiləsinə 6-cı pillədə yollanıb. Hazırda "Neftçi"nin əvəzedici komandasına başçılıq edən Samir Əliyev, AZAL-ın baş məşqçisi Tərlan Əhmədovla "Neftçala"nın çalışdırıcısı Kamal Quliyev, karyerasını davam etdirən qapıçı Cahangir Həsənzadə vaхtı ilə "Volın"ın formasını geyinib. Yanvarın 21-də "Volın" "Nextçi" ilə qarşılaşıb və 3:4 hesabı ilə yenilib.

"Simurq" bundan əvvəl Antalyada 4 oyun keçirib. "Şaxtyor"a (Qazaxıstan) qalib gələn (3:0) zaqatalılar "Duysburq"a (Almaniya) 1:4, "İrtış"a (Qazaxıstan) 0:3 hesabı ilə yenilib, "Astra" (Rumıniya) ilə "sülh" bağlayıb - 0:0.

Antalya
Yoхlama oyunu
24 yanvar

17.30 Simurq (Azərbaycan) - Volın (Ukrayna)

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotsimurqquot-samir-liyevin-komandasna-qar-t17750.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR