Dünyanın ən qeyri-stabil valyutaları - SİYAHI

15:32 24 Yanvar 2015
360 Maraqlı
Ölkə mətbuatı
A- A+

Rusiyada bir müddət əvvəl bir avro 100 rublluq həddi keçəndə KİV-də bunu psixoloji baryer adlandırırdılar. Rublun məzənnəsi indi həmin həddə olmasa da, avroya və dollara nisbətdə kifayət qədər aşağıdır. Dünyanın digər ölkələrinin də dəyərsiz milli valyutaları var. Modern.az həmin valyutaları təqdim edir.

Dobra – San-Tome və Prinsipi


Qvineya körfəzindəki kiçik Afrika ada dövləti San-Tome və Prinsipi planetdə ən qeyri-stabil valyutaya malikdir. İndi 1 avronun rəsmi kursu 25000 dobraya yaxındır. Ölkədəki “qara bazar”da dobranın məzənnəsi rəsmi göstəricidən 30 faiz fərqlənə bilər. Bununla belə, dobranın əskinasları dünyada ən gözəl valyutalardan biri hesab olunur - onlar parlaq və əlvan rənglidir.

Donq – Vyetnam

Bu gün 1 avro 26000 Vyetnam donqundan bahadır. Ölkədə ən böyük banknot 500 minlik donqdur. Turistlərə hər şeyə görə dollarla ödəmək xahiş olunur, çünki donqa heç kəs, hətta yerli sakinlər də etibar etmir.

Rial – İran

İranda 1979-cu il inqilabı zamanı rial dəyərdən düşüb, investorlar vəsaitlərini ölkədən çıxarıb, pul da onların arxasınca gedib. O vaxtdan İranda yüksək inflyasiyadır. İran hökumətinin ölkədə iqtisadi vəziyyətin sabitləşməsi üzrə səylərinə baxmayaraq, rial getdikcə qiymətdən düşür. İndi 1 avro 33 mindən çox rial dəyərindədir.

Rupi - İndoneziya

İndoneziya hökuməti hər dəfə öz valyutasını sabitləşdirməyə çalışır, amma nəsə baş verir və yerli rupi yenə ucuzlaşır. Güclü inkişaf etmiş “qara bazar”, adalar arasındakı daimi rəqabət, 1977-ci ildəki maliyyə böhranı, düyü məhsuldarlığı ilə bağlı problem – bütün bunlar yerli pulun stabilliyinə təsir göstərir. Hazırda 1 avro 15 min rupiyə satılır.

Kvaça - Zambiya


Bu valyuta siyahıya yalnız ona görə düşməyib ki, ona qətiyyən etibar etmək olmaz, bunun səbəbi həm də çox əhəmiyyətsiz adı ilə bağlıdır. Zambiya iqtisadiyyatı mis ixracından fövqəladə asılıdır. Bir müddət əvvəl ölkədə fəlakətli vəziyyətin dəyişdirilməsinə istiqamətlənən islahatlar keçirilib, bu da kömək etməyib. Kvaça hər şeyə rəğmən ən qeyri-stabil valyuta olaraq qalır. 600 kvaç 1 avrodur.

Quarini - Paraqvay

Latın Amerikası ölkəsinin valyutasının romantik adı Paraqvay xalqının əsasını təşkil edən quarani tayfasından götürülüb. Korrupsiya həddinin yüksək olması, böyük “qara bazar”, vəhşi inflyasiya - Paraqvayda yaşayanlar hər gün bunlarla üzləşirlər. Ən böyük banknot 100 min quaranidir, ancaq belə əskinasların əksəriyyəti saxtadır. İndi 1 avroya 6 min quarani almaq olar.

Dollar - Zimbabve

Hazırda 1 avro 468646 Zimbabve dollarıdır. Yeri gəlmişkən, dollarla müqayisədə Zimbabvedə rublun məzənnəsi də aşağı düşüb.

Milli.Az


Böyütmək üçün şəkillərə kilkləyin.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR