Bakı, 24 iyul, AZƏRTAC
Xəzər Universiteti ilə Ukraynada fəaliyyət göstərən, akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəz arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında beşillik memorandum imzalanıb.
Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə mərkəzin rəhbəri, professor Aydın Salmanov, qurumun əlaqələndiricisi Alla Salmanova, həmçinin mərkəzin Bakıdakı nümayəndələri iştirak ediblər.
Professor A.Salmanov rəhbərlik etdiyi mərkəzin fəaliyyəti barədə məlumat verib.
Sonra professor A.Salmanov və Xəzər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov əməkdaşlıq haqqında memorandumu imzalayıblar.
Görüşün sonunda iştirakçılar hər iki tərəf üçün əhəmiyyətli olan əməkdaşlıq perspektivlərini müzakirə ediblər.