Mərkəzdən verilən məlumata görə, bu, gənclərin mütaliəyə marağının artırılması məqsədi daşıyır.
Onlayn mütaliəçilər bu nəşrləri kitabxanalara və kitab mağazalarına yollanmadan, öz evlərində, yolda və səfər zamanı oxuya bilərlər. Bunun üçün heç bir xüsusi qeydiyyata ehtiyac yoxdur, “www.achiqkitab.az” saytının “Tərcümə Mərkəzinin kitabları” bölümünə daxil olmaqla bu asan mütaliə xidmətindən yararlanmaq üçün kifayətdir.
Xatırladaq ki, bu kitabxana vasitəsi ilə yüzlərlə elmi, bədii, texniki, hüquq, tibb və digər sahələr üzrə ədəbiyyatlar, lüğətlər, tədris və dərs vəsaitləri, müasir və klassik bədii ədəbiyyat nümunələri ilə yanaşı, mütəmadi olaraq, “Xəzər” dünya ədəbiyyatı jurnalının, “Aydın yol” ədəbi-ictimai qəzetinin onlayn versiyalarını da izləmək, həmçinin bir sıra dünya kitabxanalarına daxil olmaq mümkündür.
CAHANGİR