Ayan yeni klipindən və naməlum şəxsdən aldığı hədiyyədən danışdı

Ayan yeni klipindən və naməlum şəxsdən aldığı hədiyyədən danışdı
18:14 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

 

Ayan yeni videosundan və naməlum hədiyyədən danışdı

Müğənni Ayan Babakişiyeva ifa etdiyi “Səndən sonra” adlı mahnıya çəkilmiş klipini mediaya təqdim edib. Lent.az-ın məlumatına görə, jurnalistləri başına cəm edən ifaçı bildirib ki, yeni ekran işinin rejissorluğunu Ceyhun İbrahimoğlu və Vüsal Həsəni görüb: “Səhnə üçün darıxmışdım. Bu gün təqdim etdiyim klipdə maraqlı görüntülər yer alıb. Ekran işi Bakının mərkəzində və dəniz kənarında çəkilib. Seviləcəyinə inanıram. Bu gün mənə bir neçə gül bağlaması hədiyyə olundu. Kim tərəfindən göndərildiyini bilməsəm də, minnətdarlığımı bildirirəm”.

Xatırladaq ki, Ayanın sevgidən bəhs edən klipində yataq səhnələri də yer alıb. Ekran işində ifaçının imicini Səbinə İmanova, libaslarını isə modelyer Şəlalə Qurbanova hazırlayıb.
 

Qeyd edək ki, “Səndən sonra” bəstəsinin sözləri və musiqisi Tural Bayraməliyevə məxsusdur.

 


 






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR