[ 24 Yanvar 2015 20:39 ]



Bakı – APA. Bakının Binəqədi rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 19:48-də başa çatıb.