Bakı, 27 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Mərkəzi Bankının "Mərkəzi Bank və İqtisadiyyat Jurnalı: Məqalələr və tədqiqat işləri silsiləsi" adlı elektron jurnalının yeni – bu il üzrə birinci nömrəsi hazırlanıb.
Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, jurnalın bu sayında biznes tsikllərin proqnozlaşdırılması, iqtisadi artımla maliyyə vasitəçiliyi arasında əlaqə, iqtisadi inkişafın sosial aspektləri və digər nəzəri-empirik məsələləri özündə əks etdirən tədqiqat işlərinin nəticələri barədə məlumat verilir.
Jurnalda təqdim edilən fundamental araşdırmalar son qlobal proseslər nəzərə alınmaqla qabaqcıl beyin mərkəzlərini düşündürən aktual mövzuları əhatə edir.