Bakı, 28 iyul, AZƏRTAC
“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edilən “Sağlam körpə, etibarlı gələcək üçün peyvəndlər!” layihəsi yekunlaşıb.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Ağcabədi rayonundakı 6 saylı uşaq və körpələr evində keçirilən yekun tədbirində analar ilə pediatrların görüşü təşkil olunub.
Görüşdə valideynlərə peyvəndlərin uşaq sağlamlığı üçün müsbət təsirləri izah olunub. Həmçinin onlara hər bir peyvənd növü haqqında geniş izahat verilib. Uşaqları peyvənddən yayındırmaqla onları risk qarşısında qoymağın qətiyyən doğru olmadığı və buna görə valideynin məsuliyyət daşıdığı qeyd edilib. Sonda valideynlərdən yazılı formada təklif və rəylər alınıb. Eyni zamanda, gənc anaların peyvəndlərlə bağlı sualları cavablandırılıb.
Bundan əvvəlki tədbir isə rayondakı İnküliziv Təhsil və Uşaq İnkişaf Mərkəzində keçirilib.
layihənin məqsədi gənc analar arasında maarifləndirmə işləri aparmaqla körpə həyatı üçün vacib olan peyvəndlərin əhəmiyyətini diqqətə çatdırmaqdır.
“Sağlam körpə, etibarlı gələcək üçün peyvəndlər!” layihəsi yekunlaşıb