Qeyd edək ki, beynəlxalq futbol federasiyaları assosiasiyasının ( FİFA) İcraiyyə Komitəsi özünün 20 iyul 2015-ci il tarixində baş tutan növbədənkənar iclasında qərara alıb ki, təşkilatın yeni prezidentinin seçkiləri 2016-cı il fevralın 26-da Sürixdə keçirilsin.
Xatırladaq ki, əvvəllər sabiq fransız futbolçusu David Jinola, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn, FİFA-nın sabiq vitse-prezidenti, həmçinin Cənubi Koreya Futbol Assosiasiyasının rəhbəri Çon Mondjun, əfsanəvi braziliyalı futbolçu Ziko və Liberiya Futbol Assosiasiyasının prezidenti Musa Biliti FİFA rəhbəri olmaq istəyini bildirmişdilər.

UEFA prezidenti Mişel Platini
1998-ci ildən etibarən dünya futbol qurumuna rəhbərlik edən Yozeff Blatter ötən ayın əvvəlində növbəti dəfə FİFA prezidenti seçilməsinə baxmayaraq, seçkilərdən cəmi bir neçə gündən sonra gözlənilmədən vəzifəsindən istefa vermişdi. Onun adı korrupsiya qalmaqalında hallanırdı.

Yozeff Blatter və Mişel Platini

FİFA qərargahı
Həmçinin oxuyun: Bu gün Dünya Çempionatının püşkü atılacaq
FİFA prezidentinin başına dollar səpdilər (FOTO, VİDEO)