ANS PRESS-in məlumatına görə, iyun ayında Dövlət Neft Fondunun (ARDNF) AÇG-dən əldə etdiyi mənfəəət neftinin gəlirləri 650 milyon ABŞ dolları cıvarında olub. Bu göstərici may ayında isə 549 milyon dollar idi. İyun ayında gəlirlərin artmasına əsasən hasilat amili təsir edib. Belə ki, mayda 10 gün AÇG blokundakı ən məhsuldar hasilat platformalarından biri – “Qərbi Azəri” modernizasiya məsələləri ilə əlaqədar tamammilə işləri dayandırmalı olmuşdu (hasilat iyunun 6-da vaxtından əvvəl bərpa edildi). Bu zaman gündəlik hasilat təqribən 130 min barelədək azalıb.

Azəri-Çıraq Günəşli
"Caspian Barrel"dən bildirilib ki, 2015-ci ilin yarım ilində neft fonduna AÇG yataqlar blokundan 3 milyard 721 milyon ABŞ dolları dəyərində gəlir verilib. 2014-cü ilin yanvar-iyununda Neft Fondunun ACG üzrə ancaq mənfəət neftindən əldə etdiyi gəlir 7 milyard 780 milyon ABŞ dolları idi (bu layihə üzrə mənfəət neftindən əlavə digər gəlirlər də mövcuddur – C.B). Bu hesabla ilin 6 ayında fondun AÇG üzrə gəlirləri 52,8% azalıb. Fonda daxilolmaların yarıdan çox azalması neft qiymətlərinin kəskin aşağı düşməsi amili ilə bağlıdır.
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin yaydığı orta aylıq BTC FOB "Ceyhan" markalı neftinin qiymətlərinə nəzər salaq ($/barrel):
Aylar 2015 2014
Yanvar 49,53 108,76
Fevral 59,99 110,94
Mart 57,33 109,53
Aprel 61,42 109,74
May 65,16 111,42
İyun 62,73 113,21
Orta qiymət 59,36 110,60
Yəni bu cədvəldən göründüyü kimi, bu ilin birinci yarısında Azərbaycanın ixrac etdiyi neftin qiyməti faktiki olaraq 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 46,3% azalıb. AÇG-dən gələn gəlirlərin bir qədər azalmasına isə altı ay ərzində hasilatın müəyyən qədər aşağı enməsi səbəb olub.

Dövlət Neft Şirkəti
SOCAR-ın rəsmi açıqlamasına görə, bu il AÇG üzrə neft hasilatı təqribən 700-800 min ton azalmalıdır.
2015-ci ilin ilk rübübnün nəticələrinə əsasən, Neft Fondunun neft və qaz gəlirləri maddəsi üzrə AÇG-nin payı 96% təşkil edir, AÇG-nin payı ümumilikdə Neft Fondunun daxilolmalarında isə təqribən 92% ətrafındadır.
Ümumiyyətlə, 2001-ci ildən etibarən AÇG bloku üzrə əldə olunan ümumi gəlirlər 114 milyard 118 milyon ABŞ dolları təşkil edib.