Bu barədə UEFA-nın rəsmi saytında məlumat dərc edilib.
Qeyd edək ki, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının ( FİFA) İcraiyyə Komitəsi özünün 20 iyul 2015-ci il tarixində baş tutan növbədənkənar iclasında qərara alıb ki, təşkilatın yeni prezidentinin seçkiləri 2016-cı il fevralın 26-da Sürixdə keçirilsin.
"Mən dünya futbolunun gələcəyini düşünərək, sizin mənə qarşı nümayiş etdirdiyiniz dəstək və hörməti rəhbər tutaraq bu qərarı verdim", - deyə Platini 209 ölkənin milli futbol qurumunun rəhbərlərinə ünvanlandığı məktubda bildirib.
Mişel Platini "yorulmadan futbol naminə çalışacağını" vəd edib. "Elə anlar olur ki, insanlar öz taleyini öz əllərinə götürməlidir, —deyə məktubda bildirilir. —Hal-hazırda mən FİFA-nın gələcəyini müəyyən edəcək belə anlardan birini yaşayıram".

UEFA prezidenti Mişel Platini
Qeyd edək ki, 1998-ci ildən etibarən dünya futbol qurumuna rəhbərlik edən Yozeff Blatter ötən ayın əvvəlində növbəti dəfə FİFA prezidenti seçilməsinə baxmayaraq, seçkilərdən cəmi bir neçə gündən sonra gözlənilmədən vəzifəsindən istefa vermişdi. Onun adı korrupsiya qalmaqalında hallanırdı.
Xatırladaq ki, əvvəllər sabiq fransız futbolçusu David Jinola, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn, FİFA-nın sabiq vitse-prezidenti, həmçinin Cənubi Koreya Futbol Assosiasiyasının rəhbəri Çon Mondjun, əfsanəvi braziliyalı futbolçu Ziko və Liberiya Futbol Assosiasiyasının prezidenti Musa Biliti FİFA rəhbəri olmaq istəyini bildirmişdilər.

Mişel Platini Fransa millisinin heyətində