ANS PRESS-in məlumatına görə, Argentina yığmasının keçmiş hücumçusu seçkilərdə iştirak edəcəyini özü təsdiqləyib.
"FIFA-ya mənə iş verən BƏƏ-yə görə qayıdacağam. Ən əsası isə mənə görə bu qədər çox çətinliklər yaşayan ailəmin xətrinə qayıdacağam. Mən intiqam fikri ilə deyil, futbolda dəyişikliklər etmək ideyası ilə qayıdacağam. Korrupsiya, oğurluq artıq kifayətdi", - deyə Maradona bildirib.

Dieqo Maradona
FIFA tarixində ən böyük qalmaqal mayın 27-də Sürixdə şirkətin yeddi nəfər yüksək rütbəli məmurunun rüşvətə görə tutulması zamanı baş verib. Baş verən hadisələrin fonunda Blatter növbəti dəfə prezident seçilməsinə baxmayaraq, istefa verib. FIFA prezidentliyinə yeni seçkilər 2016-cı il fevralın 26-da keçiriləcək.

Jozef Blatter
Ümumiyyətlə, bunadək FİFA prezidentliyinə 5 nəfərin namizədliyi verilib. Bunlar Fransa millisinin keçmiş üzvü David Jinola, braziliyalı keçmiş futbolçu Artur Ziko, Cənubi Koreya Futbol Assosiasiyasının keçmiş prezidenti Çon Moncun, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn və Liberiya Futbol Assosiasiyasının prezidenti Musa Bilitidir.
Jozef Blatter bu ilin mayında 5-ci dəfə FİFA-ya prezident seçilsə də iyunun 2-də istefa verib. Bu FİFA-nın Sürixdəki ofisinə polis reydi və təşkilatın bir neçə keçmiş və indiki məsul işçilərinin habsindən 2 gün sonra baş verib.
Həmçinin oxuyun: Maradona da prezident seçkilərinə qatılacaq