Tacikistan vətəndaşlarının yarıdan çoxu başqa ölkələrdə çalışdığı üçün online-toyların sayı getdikcə artmaqdadır.

Atv.az xarici mətbuata istinadən xəbər verir ki, nikah "Skype" vasitəsilə həyata keçirilir. Bunun səbəbi isə bəyin xaricdə olmasıdır. Belə ki, gəlin və bəyin ailəsi məsələni uzatmamaq üçün toyu məhz "Skype" vasitəsilə İslam qaydalarına uyğun edirlər. Tacikistanda iqtisadçı işləyən Şahnaz İdrisovanın toyu haqqında "Liberty" radiosu xəbər verir. Şəkildə gəlinin qayınanasında bir qab su götürdüyü əks olunub. Toy məslici "Skype" vasitəsilə görüntülənir. Bunun səbəbi isə bəyin uzaqda işləməsidi və ona görə o, bəylik kürsüsündə əyləşə bilmir, gələcək həyat yoldaşını isə yalnız internet vasitəsilə görə bilir.
Məclisdə hər iki tərəfin ailəsi və yaxınları iştirak edib, yerli molla isə onların kəbinini kəsib. Bütün bu proseslərə isə bəy "notebook" vasitəsilə qoşulub. "Bu adi toy idi. Hər kəsdə olduğu kimi. Yeganə fərq Pərvizin burda olmamağı idi. Buna səbəb isə Pərvizin Tunisdə çalışmasıdı", - bu haqda gəlinin özü deyir. Gənclər artıq 10 ildir tanışdırlar. Lakin qəflətən iş təklifi alan Pərviz Tunisə getməli olub. Gəlinin atası isə nikah olmadan nişanlısının yanına getməyə icazə vermədiyi üçün onlar toyu "Skype" vasitəsilə ediblər.

Tacikistan konservativ ölkə olduğu üçün vətədaş nikahını qəbul etmir. "Skype" vasitəsilə kəsilən nikahlar hətta Tacikistanın uzaq və daha dindar bölgələrində də kəsilir. "Cütlüklər var, hansılar ki, internet vasitəsiilə tanış olub, evləniblər və çox da xoşbəxtdilər. Bir müddət sonra "Skype"la olan nikahlar normal sayılacaq". Bu sözləri Düşənbədə ailə və nikah məsələləri üzrə rəhbər Marxabo Zanunova deyib. Lakin xanım Zanunova həm də xəbərdarlıq edib ki, online-nikahlar gənc və savadsız qızların insan alverinin qurbanına çevrilməsi ehtimalları da var.

Milli.Az