ANS PRESS-in məlumatına görə, Klassik Xalq Cəhbəsi Partiyasının qurultayı (KXCP) Azərbaycan himni ilə öz işinə başlayıb.
Tədbirə ölkənin müxtəlif siyasi qurumlarının nümayəndələri qatılıblar.


KXCP-nın Qurultayından foto
Qurultayda Bütöv Azərbaycan Xalq Cəhbəsi Patiyasının sədri Qüdrət Həsənquliyev, Ədalət Partiyasının sədri İlyas İsmayılov, AMIP sədri Yusif Bağırzadə, AXP sədri Pənah Hüseyin Qurultayda Müsavat partiyasının keçmiş rəhbəri İsa Qəmbər iştirak edib.
KXCP sədri Mirmahmud Mirəlioğlu çıxış edərək partiya üzvlərini və qonaqları partiyanın 3-cü qurultay münasibəti ilə təbrik edib.
Mirmahmud Mirəlioğlu bildirdi ki, parlament seçkilərində iştirak etmək qərarı verilib.
"Biz seçkilərdə iştirak etməklə yeni seçki mühütü yaratmaq istəyirik. 10-na yaxın partiyanın birləşməsindən blok yaradacağıq. Bloka Ədalət Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), Azərbaycan Xalq Partiyası (AXP) Liberal partiya və digər partiyalar daxil olacaq".
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli Müsavat başqanı Arif Hacılı və Yeni Azərbaycan Partiyası (YAP) qurultayda iştirak etməyib.