Azərbaycanın şimalında növbəti zəlzələ baş verib

10:37 26 Yanvar 2015
87 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 10:34 ]


Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycanın şimalında ikinci zəlzələ baş verib. Respublika Seysmoloji Xİdmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 09:36-da Qubadan 31 km cənub-şərqdə, Şabran rayonu ərazisində qeydə alınıb.

 

Yeraltı təkanın maqnitudası 3.5, dərinliyi 7 km olub. Zəlzələ hiss olunmayıb.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Quba rayonu ərazisində də zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bal, yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370329

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR