Tullantıların arasından müxtəlif növ silah, qızıl əşyalar, müxtəlif sənədlər və digər dəyərli əşyaların tapılması məlumdur.

“Təmiz şəhər” ASC-dən ANS TV-yə verilən məlumata görə, bu dəfə vətəndaş Məmmədovun müraciəti əsasında və aparılmış araşdırmalar nəticəsində bərk məişət tullantılarının yandırılması zavodunun qəbul məntəqəsində vətəndaşa məxsus 4300 AZN və 200 ABŞ dolları (209 manat) məbləğində pul bağlaması aşkar olunub və aktlaşdırılaraq vətəndaşa qaytarılıb.