Almaniya hökuməti: 1915-ci il hadisələrini araşdırmaq tarixçilərin işidir

Almaniya hökuməti: 1915-ci il hadisələrini araşdırmaq tarixçilərin işidir
12:08 26 Yanvar 2015
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

"1915-ci il hadisələrini araşdırmaq tarixçilərin işidir". Bu bəyanatla Almaniya hökuməti çıxış edib. Bu barədə Trend Türkiyənin Anadolu agentliyinə istinadən məlumat verir.

Almaniya hökumətinin bəyanatında qeyd olunur ki, 1915-ci il hadisələrinin araşdırılması ilk olaraq Türkiyə və Ermənistanın məsələsidir: "Almaniya hökuməti hadisələrin araşdırılması üçün tarixçilərdən ibarət komissiyanın qurulmasının tərəfdarıdır".

Bəyanatda bir dəfə də olsun “soyqırım” ifadəsi istifadə olunmayıb.

Türkiyə hakimiyyəti dəfələrlə münasibətlərin yoluna qoyulması istiqamətində Ermənistana jestlər edib. Ötən il aprelin 24-də Rəcəb Tayyib Ərdoğanın erməni xalqına müraciətini bunlardan biri hesab etmək olar. Həmin müraciətdə bildirilib ki, 1915-ci il hadisələri yalnız ermənilər üçün deyil, həm də ərəblər, kürdlər və ölkədə yaşamış başqa millətlərin nümayəndələri üçün ağır dövr idi.

Qeyd edək ki, bundan əvvəl Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün tarixçilərdən ibarət ortaq komissiyanın yaradılması təklifi ilə çıxış etsə də, Ermənistan hökuməti Ankaranın bu təklifinə hələ də cavab verməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR