Bakı, 5 avqust, AZƏRTAC
“Magistr” jurnalının növbəti, yeddinci nömrəsinin elektron versiyası abiturient.az saytında yerləşdirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, jurnalın bu nömrəsində ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbulun nəticələri dərc olunub. Bununla bərabər jurnalda ixtisaslaşmalar üzrə minimal keçid balları və dövlət sifarişli yerlər üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları təqdim edilir.
Bank kartı vasitəsilə ödəniş etməklə jurnalın elektron versiyasını (pdf formatında) əldə etmək mümkündür. Bunun üçün istifadəçi abiturient.az saytında “TQDK-nın nəşrlərinin elektron satışı” düyməsindən istifadə edərək online rejimdə jurnalın almaq istədiyi buraxılışını seçib bank kartı vasitəsilə ödəniş edir, sonra isə həmin buraxılışın elektron versiyasını kompyuterinə yükləyərək ondan istifadə edir.