Azərbaycanın “SINAM” şirkəti Dünya Bankının Qırğızıstanda növbəti layihəsini uğurla başa çatdırıb

Azərbaycanın “SINAM” şirkəti Dünya Bankının Qırğızıstanda növbəti layihəsini uğurla başa çatdırıb
12:38 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Azərbaycanın elektron hökumət texnologiyaları istiqamətində ixtisaslaşan "SINAM" şirkəti Qırğızıstanda Dünya Bankının maliyyələşdirdiyi və bu ölkənin Fövqəladə Hallar Nazirliyi yanında Hidrometeorologiya Agentliyi tərəfindən həyata keçirilən “QırğızHidroMet”in arxivinin uzunmüddətli saxlanma üçün elektron daşıyıcılara keçirilməsi və elektron daşıyıcılarda hidrometeoroloji (HM) məlumatlar fondunun yaradılması” üzrə layihəni yekunlaşdırıb.
“SINAM” şirkətindən AzərTAc-a bildiriblər ki, görülən işlər Dünya Bankının "Mərkəzi Asiyada hidrometeoroloji xidmətlərin modernləşdirilməsi" regional layihəsi çərçivəsində həyata keçirilib.
Ötən ilin martında başlayan layihə çərçivəsində sənədlərin saxlanması üçün zəruri infrastruktur yaradılıb, arxivin uzunmüddətli saxlanma üçün elektron daşıyıcılara keçirilməsi və elektron daşıyıcılarda hidrometeoroloji məlumatlar fondunun yaradılması üçün müvafiq avadanlıq və proqram təminatları təchiz olunub, lokal kompyuter şəbəkəsi yaradılıb və işçilər üçün avtomatlaşdırılmış iş yerləri hazırlanıb.
Layihə çərçivəsində 880 min səhifədən artıq hidrometrologiya sənədlərinin elektron surətləri yaradılıb, bu surətlərin sənədlər haqqında müvafiq məlumatlarla birlikdə elektron arxiv bazasına daxil edilməsini, arxiv bazasında yadda saxlanmasını və sənədlərin rekvizitləri üzrə onların axtarılması imkanlarını təmin edən proqram təminatı tətbiq olunub və agentliyin hidrometroloji məlumatlar üzrə elektron arxivi yaradılıb. Bundan əlavə, SİNAM şirkəti tərəfindən müqavilə şərtlərinə uyğun olaraq, agentliyin müvafiq işçilərinin həm arxiv proqramından, həm də bir neçə digər ixtisaslaşdırılmış proqram təminatlarından istifadə üçün hazırlanması proqramları həyata keçirilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_SINAM_sirketi_Dunya_Bankinin_Qirgizistanda_novbeti_layihesini_ugurla_basa_chatdirib-827466

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR