“Qəbələ”nin məşqçisindən inanılmaz hərəkət (FOTO)

“Qəbələ”nin məşqçisindən inanılmaz hərəkət (FOTO)
00:11 7 Avqust 2015
97 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Apollon"la ilk oyundan əvvəl vəd vermişdi. Belə ki, ukraynalı mütəxəssis ""Apollon"u keçsək, söz verirəm ki, mətbuat konfransına bakılısayağı “aerodrom” kepkanı başıma taxıb gələcəm” demişdi.

ANS PRESS-in məlumatına görə, Qriqorçuk vədinə əməl edib. Belə ki, baş məşqçi mətbuat konfransına “aerodrom” kepkası ilə gəlib.

Bu arada Qriqorçuka jurnalistlər təsbeh hədiyyə edib. Avropa Liqasında Azərbaycanı təmsil edən "Qəbələ" III təsnifat mərhələsinin cavab matçında qalib gələrək tarix yazıb.Premyer Liqanın bürünc mükafatçısı Cənubi Kiprin "Apollon" klubunu məğlub edib.


Qriqorçuk “aerodrom” kepkada

"Bakcell Arena"da keçirilən oyunda bir qol vurulub. 80-ci dəqiqədə penaltidən fərqlənən Cavid Hüseynov "Qəbələ"yə qələbə qazandırıb. Son dəqiqədə Ürfan Abbasov qırmızı vərəqə alsa da, rəqib say üstünlüyündən yararlana bilməyib. Beləliklə, ilk oyunda 1:1 hesablı heç-heçəyə nail olan "Qəbələ" tarixində ilk dəfə Avropa Liqasının "pley-off" mərhələsinə çıxıb.


Qriqorçuk vədinə əməl etdi

Həmçinin oxuyun: Kapitanın "Qəbələ"ni xilas etdiyi an

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=357330

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR