Səhiyyə Nazirliyi yeni qiymətlərlə bağlı məlumatlandırma kampaniyasına başlayıb

10:38 7 Avqust 2015
40 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 avqust, AZƏRTAC
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi apteklərdə Tarif Şurasının 30 iyul 2015-ci il tarixli qərarı ilə sentyabrın 15-dən qüvvəyə minəcək yeni qiymətlərə dair məlumatlandırma tədbirlərinə başlayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə bütün apteklərə SMS bildirişlər göndərilib. Bildirişlərdə aptek rəhbərlərinə www.pharma.az və www.medportal.az saytlarında yerləşdirilən 256 dərman vasitəsinin topdan və pərakəndə satış qiymətlərini, həmçinin reseptsiz buraxılan dərman vasitələrinin siyahısını əldə rəhbər tutmaq tapşırılır. Aptek rəhbərlərinə xəbərdarlıq edilir ki, ölkəmizdə dövlət qeydiyyatından keçmiş bütün dərman vasitələri ancaq vahid resept blankı əsasında buraxılmalıdır.
Kampaniyanın ikinci mərhələsində isə vətəndaşlara qeyd olunan saytlarda 24 saat işləyən növbətçi apteklərin siyahısı (adları, ünvanları və əlaqə telefonları) və digər faydalı məlumatlar veriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehiyye_Nazirliyi_yeni_qiymetlerle_bagli_melumatlandirma_kampaniyasina_baslayib-875982

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR