Oğrular “Formula-1” qalibi ilə xanımını yatdıqları yerdəcə öldürdülər

Oğrular “Formula-1” qalibi ilə xanımını yatdıqları yerdəcə öldürdülər
11:46 7 Avqust 2015
105 Şou
Ölkə mətbuatı
A- A+

2009-cu ildə “Formula-1” yarışının qalibi olmuş Censon Battonla həyat yoldaşı Cessika Muçibata evlərinə girən oğrular tərəfindən qətlə yetiriliblər.

Axşam.az “Dailymail”ə istinadən xəbər verir ki, Sen-Tropedəki villalarında dincələn cütlük cinayətkarlar evə girərəkən yuxuda olub. Oğrular əvvəlcə havalandırma sistemindən evə qaz buraxıblar. Nəticədə Censonla Cessika yuxuda olarkən boğulublar.

Oğrular Cessikanın 250 min funt-sterlinq dəyərində olan nişan üzüyünü və 300 min funt-sterlinq dəyərində qiymətli əşya götürüblər. Fransa polisi cinayətkarların hələ bir neçə gün əvvəldən cütlüyün qaldığı evi müşahidə etdiklərini və detalları öyrəndiklərini düşünür.

Qeyd edək ki, Censon Batton “Sunday Times Sport” jurnalının siyahısında bu ilin ən zəngin idmançıları arasında üçüncü yeri tutmuşdu.






Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=34903

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR