Onun sözlərinə görə, müqavilə şirkətə 1 mlrd. dollarlıq kreditin ayrılmasını nəzərdə tutur.
"Bu, o deməkdir ki, banklar təkcə "LUKoil"u deyil, həmçinin "Şahdəniz" layihəsini dəstəkləyir. Kreditin müddəti 12 il təşkil edir. Kredit ümumilikdə həm "LUKoil" şirkəti, həm də "Şahdəniz" layihəsi üçün olduqca yaxşı şərtlərlə verilib", - deyə O.Mövsümov əlavə edib.
O.Mövsümovun sözlərinə görə, qeyd edilən banklardan başqa, maliyyələşdirmədə kommersiya bankları da iştirak edir. Hollandiyanın ING, Çinin "Bank of China", İtaliyanın "Unicredit", Fransanın "Societe Generale" bankları da kreditdə iştirak edir: "Bu layihənin hazırlanmasında bizimlə işləyən SOCAR-a, "Şahdəniz"in operatoru olan BP şirkətinə də təşəkkürümüzü bildiririk. Fikrimcə, bu o deməkdir ki, beynəlxalq banklar təkcə "Şahdəniz" layihəsi deyil, eyni zamanda Azərbaycanda olan bugünkü mühiti dəstəkləyir".