​İranın xarici işlər naziri Moskvaya səfər etmək niyyətindədir

​İranın xarici işlər naziri Moskvaya səfər etmək niyyətindədir
14:12 7 Avqust 2015
39 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 avqust. REPORT.AZ/ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskvaya səfər edəcək, lakin səfərin dəqiq tarixi hələ məlum deyil.
"Report" xəbər verir ki, bu barədə İran İslam Respublikasının Rusiya Federasiyasındakı səfirliyindəki mənbə RİA "Novosti"yə məlumat verib.
"Səfər baş tutacaq, lakin onun vaxtı hələ məlum deyil", - agentliyin nümayəndəsi deyib.
Bir qədər əvvəl, Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov Tehrana səfəri zamanı bildirmişdi ki, Moskvada Zərifin səfərini gözləyirlər.

Xəbərin orijinal ünvanı: http://report.az/region/i-ranin-xarici-isler-naziri-moskvaya-sefer-etmek-niyyetindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR