Türkiyədə ordu ilə PKK terroçuları atışır: xeyli sayda ölü və yaralı var

Türkiyədə ordu ilə PKK terroçuları atışır: xeyli sayda ölü və yaralı var
14:19 7 Avqust 2015
35 Dünya
Ölkə mətbuatı
A- A+

 

Bu gün Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda təhlükəsizlik qüvvələri ilə PKK silahlıları arasında toqquşma baş verib. Lent.az Doğan xəbər agentliyinə istinadən xəbər verir ki, 2 nəfər dünyasını dəyişib, daha 10 nəfər isə yaralanıb. Silah səslərinin gəldiyi yerə zirehli texnika və polis qüvvələri yeridilib.

 

Bildirilir ki, artıq bir neçə gündür ki, Silopinin Başak və Barbaros məhəllələrində PKK-nın gənclik törəmələrinə qarşı əməliyyatlar gedir. əraziyə cəlb edilən texnika qazılmış xəndəyə düşməmək və maneələri keçmək üçün xüsusi vasitələrlə təchiz edilir.

 

əməliyyatların gedişi və ölənlərlə bağlı rəsmi açıqlama verilməsə də, xəstəxanalara meyitlərin və yaralıların gətirilməsi ilə bağlı məlumatlar var.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/210886

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR