Bakı, 7 avqust, AZƏRTAC
“DəmirBank” informasiya texnologiyaları layihələrinin güzəştli kreditləşməsini təklif edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bank İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaiti hesabına informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə kreditləşməsini həyata keçirir. Fondun vəsaitləri informasiya texnologiyaları sahəsində elmi tədqiqat və təcrübi-layihə işlərinin aparılması, innovativ layihələrin, yeni texniki, nümunəvi sınaq qurğularının, proqram təminatı vasitələrinin, informasiyanın qəbulu, emalı, təhlili və ötürülməsi sahəsində yeni xidmətlərin yaradılması və elmi tədqiqat işlərinin istehsalata tətbiqi, onların kommersiyalaşdırılması istiqamətlər üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə investisiya olunur.
Layihə ilə bağlı ətraflı məlumatı ictfund.gov.az saytından əldən etmək mümkündür.