Bakı. 10 avqust. REPORT.AZ/ “SOCAR Yay Məktəbi-2015”in növbəti günü çərçivəsində iştirakçılar Veloparkda velosiped yarışında güclərini sınayıblar. “Report”un məlumatına görə, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) dəstəyi ilə təşkil edilən yarışda 7 komanda iştirak edib.
Reqlamentə görə, tərkibində 2 iştirakçı olan komandalar uzunluğu 1 km olan marşrut boyunca estafet yarışında mübarizə aparıblar. İlk üçlükdə qərarlaşan iştirakçılar SOCAR və AzVİF tərəfindən xatirə hədiyyələri ilə təltif ediliblər.