"Mən sənin yerinə çox xəcalət çəkdim" - İlhamə Quliyeva

"Mən sənin yerinə çox xəcalət çəkdim" -  İlhamə Quliyeva
16:56 26 Yanvar 2015
154 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti İlhamə Quliyeva maraqlı açıqlması ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, atvxeber.az-a açıqlama verən sənətkar ad çəkməsə də, sözlərini ünvanına ötürüb:
 
“Ad çəkmək istəmirəm. Sadəcə, bəzi məlumatları oxuyub, heyrətlənirəm. Başqa sənətçinin geyilmiş paltarını geyib, bununla öyünmək, bununla piar olunmaq nə dərəcədə düzgündür? Bununla özünü xoşbəxt sanmaq olarmı? Halbuki, həmin ifaçı Azərbaycanda olanda icazə vermədi ki, sən onunla şəkil çəkdirəsən.

Bunu bütün Azərbaycan gördü. Maqazin verilişlərində biz də bunu müşahidə etdik. Başa düşə bilmirəm həmin paltar necə sənə gəlib çatıb? Bu, ya sevgidir, ya yaltaqlıqdır, ya da ki, təzə piar üsuludur? Mən həmin adamın yerinə xəcalət çəkdim. Bu Azərbaycanda sənətkarların adına xələldir. Həmin adını belə çəkmək istəmədiyim adama bir sual vermək istəyirəm. Sən heç o paltarı geyinəndə utanmadınmı? Utanıb, xəcalət çəkmədinmi? Ancaq mən sənin yerinə çox xəcalət çəkdim”.

Qeyd edək ki, Türkiyənin super starı Ajda Pekkan geydiyi libası xalq artisti Brilyant Dadaşovaya hədiyyə göndərib. Azərbaycanlı sənətçi isə hədiyyədən çox məmnun olduğunu, hətta bir müddət həmin paltarı geymədiyini, qoruyub-saxladığını da etiraf edib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25574

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR