Teleaparıcı Aytən Səfərova supermarketlərdə satılan "Pangasius" balığının zərərlərindən bəhs edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda sosial şəbəkədə yazan teleaparıcı sözügedən məhsulu Azərbaycan bazarına çıxaranları qınayıb:

"Deyilənə görə, dünyanın bir çox ölkələrində "Pangasius" balığını ya mal-qaraya yedirirlər, ya da ən kasıb, hətta dilənçi günündə olan insanlara acından ölməmələri üçün satırlar. Bəzi işbazlar isə çirkabda artırılan, ətindən isə xeyirdən çox zərər gələn bu balığı qəpik-quruşa alıb gətirirlər, bizim ölkə kimi digər ölkələrdə qəşəng qablaşdırılıb satırlar, qəşəng də pul qazanırlar.

Anlamıram, niyə "Bazarstore" kimi özünü mötəbər sayan bir supermarketdə bu balığı bizim camaata "sırıyırlar"? Azərbaycanda kifayət qədər para qazanan türk abilər, sağlamlığımızı paralamaq nəyə lazımdır?! Bəs, Azərbaycanın müvafiq strukturlarında oturan kostyumlu "mütəxəssislər" hara baxırlar? Niyə bizim camaatı zəhərləmək istəyirlər? Bəlkə, mən nəsə anlamıram? Qarşı tərəfin mövqeyini bilmək xoş olardı".

Milli.Az